Nəqliyyat
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə BİLDİRİŞ
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara bildiriş ünvanlayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsi ilə əlaqədar hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə! Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur", - bildirişdə vurğulanıb.
İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur:
"Əlavə məlumat və dəstək üçün: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri: +989018845531 +989055230107 +982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri: +989144721410 +984133334802".
Xatırladaq ki, İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




































