Nəqliyyat
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - Video
Bu gündən metronun 2 stansiyasından sərnişinlər ödənişsiz şəkildə istifadəyə başlayıblar.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, yeni tədris ilinin başlaması ilə Bakı-Sumqayıt yolu, xüsusilə "Şamaxinka" və 20 Yanvar metrostansiyaları ətrafında saatlarla xaoatik vəziyyət yaranırdı. Bu, ictimai nəqliyyatın hərəkətinə təsir göstərməklə yanaşı, şəhər istiqamətində sıxlığın yaranmasına səbəb olurdu. Bu məqsədlə xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə Sumqayıt, Xırdalan şəhərləri, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və 20 Yanvar ərazilərinə daxil olmadan metrodan istifadəsi üçün şərait yaradılıb.
Sərnişinlər də bildirirlər ki, metrostansiyalara rahat gedişin təmin olunması ilə mənzil başına daha tez və rahat çatırlar.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, görülən tədbirlər sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına hesablanıb. Prosesin başlanması ilə artıq bu stansiyalara sərnişin axını başlayıb.
Yerüstü Nəqliyyat Agentliyi də Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsi, Xırdalan şəhəri, Masazır, Müşfiqabad, Hökməli, Sulutəpə və Çiçək qəsəbəsindən, Binəqədi və Biləcəridən gələn bəzi marşrut avtobuslarının aralıq dayanacağını "Avtovağzal" metrostansiyasında təyin edib.
Bəs bu proses nə vaxta qədər davam edəcək?
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









