Nəqliyyat
Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olundu
Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.
Publika.az xəbər verir ki, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.
Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.
Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılıb. Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılırdı ki, bu da şəhər sakinləri və sürücülərin hərəkət imkanlarını artırırdı. 2026-cı ildə nəqliyyatın hərəkəti üçün imkanlar daha da genişləndi. İlk dəfə olaraq Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olundu.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq



































