Nəqliyyat
ADY dəmir yollarında süni intellekt texnologiyalarını tətbiq edəcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yollarında dayanıqlılığı artırmaq üçün yeni innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə davam edir.
Publika.az xəbər verir ki, bu istiqamətdə növbəti addım olaraq dəmir yolu üzərindəki təhlükəli maneələri real vaxt rejimində və istənilən hava şəraitində aşkarlayıb təsnifləndirən süni intellekt əsaslı startap həlləri üçün “Plug and Play” tərəfindən müraciətlərin qəbuluna başlanılıb.
Bu təşəbbüs ADY nümayəndələrinin iştirak etdiyi “Plug and Play × IDDA – Industry Challenge” innovasiya seminarında aparılmış müzakirələr əsasında formalaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və beynəlxalq innovasiya şirkəti “Plug and Play”in birgə təşkil etdiyi seminarda nəqliyyat sektorundakı çağırışlar və onların həllində startap texnologiyalarının tətbiqi imkanları müzakirə olunub.
Sözügedən mövzu üzrə öz startap həllərini təqdim etmək istəyən şəxslər və şirkətlər müraciət edə bilərlər.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.webp)











.webp)




















