Nəqliyyat
Bayram günlərində dəmir yolu ilə 284 milyon sərnişin daşıyacaqlar
Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə bir həftəlik bayram tətilinin ilk günündə - oktyabrın 1-də dəmir yolu nəqliyyatı ilə 25 milyondan çox sərnişin daşınıb.
Publika.az “Çin Dövlət Dəmir Yolu Qrupu”na istinadla xəbər verir ki, bu rəqəm ötənilki göstəricidən 9 faiz çox olmaqla Çində dəmir yolu ilə sərnişin daşınmasında yeni gündəlik rekorddur.
Proqnozlara görə, Çində bayram günlərində dəmir yolu ilə 284 milyon sərnişin daşınacaq. Ümumilikdə bayram dövründə ölkə daxilində müxtəlif nəqliyyat vasitələri ilə 2 milyarddan çox səyahət gözlənilir. Bu da orta hesabla gündə 300 milyon nəfər deməkdir. Bu dövrdə hər gün orta hesabla 2,4 milyon nəfərin hava nəqliyyatından istifadə edəcəyi gözlənilir.
Bayram günlərində xaricə uçuş rezervasiyaları 22,5 faiz çoxalıb. Tailand, Malayziya, Vyetnam, Laos kimi yaxın ölkələrə rezervasiyalar 20 faiz artıb.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR














.jpg)


























