Nəqliyyat
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bakıda kanat yolu ilə də sərnişindaşıma olacaq.
Publika.az "Xəzər" TV-yə istinadən bildirir ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərmanında dəyişiklik edib.
Sənədə əsasən, "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini və s. təmin edəcək.
Ekspert Anar Abbasov deyir ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra ütsünlüklərə malik olacaq.
Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri icitmai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.
Kanat yolunun hansı ərazilərdə təşkil edilə biləcəyi, yaradacağı üstünlüklər, mümkün qiymətlərlə bağlı suallara aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Bildirildi ki, qurumun sərnişindaşımada kanat yollarıyla bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ətraflı yaxın günlərdə icitmaiyyətə açıqlama veriləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
























.jpg)









