Nəqliyyat
Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Publika.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 166, 194, 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 10V nömrəli şəhərdaxili, eləcə də Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam, Bakı-Kürdəmir, Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy, Mingəçevir-Qəbələ, Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki, Qax-Şəki və Astara-Lənkəran şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Sənədlər 5 noyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Qeyd edək ki, Sumqayıt-Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə müəyyən edilib.
Balakən-Sumqayıt marşrut xəttinin günaşırı (bir gündən bir) olmaqla fəaliyyət göstərməsi nəzərdə tutulub.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam və Bakı-Kürdəmir istiqamətlərində 5 lot üzrə noyabrın 20-də, Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy və Mingəçevir-Qəbələ istiqamətlərində 5 lot üzrə noyabrın 24-də, Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki və Astara-Lənkəran istiqamətlərində 5 lot üzrə noyabrın 27-də, paytaxtın 166 nömrəli (Maştağa qəsəbəsi – Naxçıvanski küçəsi), 194 nömrəli (Qobu Park yaşayış kompleksi – metronun "20 Yanvar" stansiyası), 505 nömrəli (Ceyranbatan qəsəbəsi – "Sədərək" ticarət mərkəzi – "Abşeron" ticarət mərkəzi), 506 nömrəli (Masazır kəndi – "Abşeron" ticarət mərkəzi – "Sədərək" ticarət mərkəzi) şəhərətrafı, Sumqayıt şəhərində 10V nömrəli (H.Z.Tağıyev qəsəbəsi ("Kosmonavt" yaşayış massivi – Sülh prospekti (mərkəzi bazar) şəhərdaxili və Qax-Şəki şəhərlərarası marşrutları üzrə 6 lotda dekabrın 1-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq



















.jpg)













.jpg)


