Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
Bizi izləyin

Nəqliyyat

Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO

Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO

Rusiyada maraqlı hadisə baş verib.

Publika.az Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İrkutsk hava limanına enən təyyarənin təkəri partlayıb.

Mətbuat xidməti "Telegram" kanalında bildirib bildirib ki, təyyarə təli uçuşu zamanı zədələnib. Model isə An-24 imiş.

"Təyyarə "IrAero" şirkətinə məxsusdur və onun ekipajı hava nəqliyyatının idarə olunması zamanı tüstü barədə məlumat verib. Təyyarə təkərinin partlaması səbəbindən İrkutsk hava limanında xüsusi yolda dayanıb. Xəsarət alan olmayıb", -paylaşımda yazılıb.

Prokurorluğun məlumatına görə, təyyarədə sərnişin olmayıb. Hadisə ilə əlaqədar olaraq, İrkutsk hava limanının uçuş-enmə zolağı bağlanıb və iki saat yarım müddətinə məhdudiyyətlər tətbiq edilib. Mütəxəssislər hazırda "An-2" təyyarəsini dayanacaq yerinə xüsusi evakuatorla aparırlar.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm