Nəqliyyat
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - Video
Pirşağı-Novxanı-Xırdalan avtomobil yolu Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistral yollarına çıxışını təmin edəcək.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20-30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.
Bununla yanaşı yeni yolla Xırdalandan Bakı-Şamaxı, Bakı-Quba magistral yollarına, Novxanı-Pirşağaya və əks istiqamətdə paytaxt ərazisinə daxil olmadan hərəkət mümkün olacaq.
Avtomobil Yolları Dövlət Agentliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəflinin sözlərinə görə, yol 6 hərəkət zolağından ibarət olacaq.
Anar Nəcəfli onu da bildirdi ki, yeni yolun istifadəyə verilməsi paytaxtın girişində nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasında yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət imkanlarının xidmət edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü












.jpg)










.jpg)















