Nəqliyyat
Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
2027-ci ildən taksi sürücüləri üçün yeni vergi qaydası tətbiq olunacaq. Yeni dəyişikliklə sürücülər sabit 18 manat deyil, aylıq dövriyyələrinin 1 faizi həcmində vergi ödəyəcəklər. Verginin hesablanması və ödənilməsi isə taksi operatorları tərəfindən həyata keçiriləcək.
Yeni qayda taksi sürücülərinin gəlirlərinə, gedişhaqlarına və nəticədə sərnişinlərin xərclərinə necə təsir edəcək?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, burada sadə formul var:
“Yeni layihədən görünür ki, çox qazanan 18 manat, az qazanan isə daha az ödəyəcək. Elə sürücü var, məsələn, 8, 10, 15 manat ödəyə bilər. Çünki bu hesablaşma onun gəlirinə uyğun aparılacaq.
Taksi operatorları ilə Dövlət Vergi Xidməti arasında bu məsələlər yəqin ki, müzakirə olunub. Standart məlumdur: taksi sürücüləri aşağı və yuxarı həddə nə qədər qazanırlar? Ən aşağı məbləğ nə qədərdir, ən yuxarı nə qədərdir? Yəqin ki, buna uyğun olaraq orta rəqəm götürülüb: 1 faiz. Bu da ümumilikdə o deməkdir ki, istənilən halda taksi sürücüsünün ödəyəcəyi məbləğ aylıq 18 manatı keçməyəcək. Amma az qazananlar artıq 18 manat ödəməyəcəklər. Bax, bu, həmin insanlar üçün faydalı olacaq".
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır







.jpg)





.jpg)

.jpg)

.jpg)
.jpg)


.jpg)













