Aİ Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq
Bizi izləyin

Nəqliyyat

Aİ Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq

Aİ Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirməni tezliklə yekunlaşdıracaq

Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmə tezliklə yekunlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə danışılıb.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulanıb.

Orta Dəhlizin əhəmiyyəti qeyd edilib, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm