Nida.az
Moskvada Leyla Əliyevanın adından iftar verilib (FOTO)
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb.
Publika.az Fondun saytına istinadən məlumat verir ki, tədbirdə
Azərbaycan diasporunun və gənclərin nümayəndələri, müxtəlif
millətlərin oruc saxlayan təmsilçiləri iştirak ediblər. Əvvəlcə
qonaqlar "Ramazan çadırı" qarşısında açılan fotosərgi ilə tanış
olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın
memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs
Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və
Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına
qonaq olublar.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin
Əliyev, "İxlas" Fondunun sədri Anar Məmmədov çıxış ediblər. Onlar
müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda
müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıblar.
İftarda Azərbaycan və Bakıda keçirilən birinci Avropa Oyunları
barədə videoçarx nümayiş etdirilib. "İxlas" Fondunun nümayəndələri
Ramazan bayramına həsr edilmiş şeirlər oxuyublar. Müğənni Samir
Salamın ifasında dini nəğmələr və xalq mahnıları səslənib.
İştirakçılara "Baku", "Amor", "İrs" jurnallarının nüsxələri, Heydər
Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu
məhsullar, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın
gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb.
İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ardıcıl
10 ildir Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində
fəal iştirak edir və möminlər üçün iftar süfrəsi açır.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO