Nida.az
Almaniya rəsmən Ermənistanı işğalçı dövlət kimi tanıdı – HESABAT
Almaniya Federal Respublikası (AFR) Ermənistanı işğalçı kimi tanıyıb.
Publika.az “Vesti Kafkaz” saytına istinadən xəbər
verir ki, bu barədə fikirlər AFR hökumətinin 11-ci hesabatında yer
alıb.
“Ermənistan beynəlxalq hüquqa əsasən Azərbaycana aid olan Dağlıq
Qarabağ və digər ərazilərdə insan hüquqlarının vəziyyətinə görə
məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs müqaviləsi
imzalanandan bu yana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarıdır. Bu gün yüz minlərlə azərbaycanlı məcburi köçkün bu
rayonlara qayıda bilmirlər”, - deyə hesabatın 204-cü səhifəsində
qeyd olunub.
Hesabatda açıq şəkildə bildirilir ki, Almaniyanın Xarici İşlər
Nazirliyi erməni tərəfinin inadla təqdim etdiyi “Qarabağ dövlət
quruluşu” haqda miflərə inanmır. Rəsmi Berlin yaxşı bilir ki, işğal
olunmuş ərazilərdə insan haqlarının vəziyyətinə qondarma “DQR” yox,
məhz Ermənistan məsuliyyət daşıyır.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK