Nida.az
İlham Əliyev: "Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq"
İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək.
Bu fikirləri iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda təşkil olunan “Milli gün”də etdiyi çıxışında səsləndirib.
Prezident İlham Əliyev bildirib ki, bizim iqtisadi əməkdaşlığımız dərinləşir. Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır.
"Bu gün Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq. Bir sözlə, bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var", - deyə dövlətimizin başçısı qeyd edib. (AZƏRTAC)
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...