"Nurçuların siyası iddiası var. Onların hədəfi hakimiyyəti götürməkdir"
Bizi izləyin

Nida.az

"Nurçuların siyası iddiası var. Onların hədəfi hakimiyyəti götürməkdir"

"Nurçuluq çərəyanı Azərbaycanda var və bu çərəyan dini çərəyandır. Azərbaycan üçün də böyük təhlükədir. Baxmayaraq ki, bizim ölkədə dini azadlıq var. Hətta atestlər də var. Ancaq dini siyasətə qatmaq böyük təhlükədir"

"Nurçuluq çərəyanı Azərbaycanda var və bu çərəyan dini çərəyandır. Azərbaycan üçün də böyük təhlükədir. Baxmayaraq ki, bizim ölkədə dini azadlıq var. Hətta atestlər də var. Ancaq dini siyasətə qatmaq böyük təhlükədir"

Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, siyasətçilər öz məsədi üçün dindən istifadə etməməlidilər: "Azərbaycan konistitusiyası da buna imkan vermir. Öləkəmizdə fəaliyyət göstərən "Çağ öyrətim" siyasi elitanı dinə meylləndirilməsi siyasəti ilə məşğul olur. BAXCP sədri Qüdrət Həsənquliyev hələ bir neçə il bundan qabaq Milli Məclisdə və ölkə mətbuatında bu çərəyan haqqında geniş məlumat vermişdi. Nurçuların siyasi iddiaları var. Bu gün haqlı olaraq bu dini çərəyanla bağlı narahatlıqlar dilə gətirilit. Azərbaycanda başqa-başqa dini cərəyanların təsirinin olduğu məktəblərin yaranmasına icazə vermək olmaz! Bunlar xalqımızın ən savadlı uşaqlarını dini çərəyana cəlb etməklə gələcəyimizi əlimizdən almaq istəyirlər. Bunə qətiyyən yol vermək olmaz. Uşaqlar yetkinlik yaşına çatana qədər hansısa bir dini cərəyana yaxınlığa icazə verilməməlidir. İmkanlı ailələrin uşaqlarınını təhsili üçün ildə 7 000 manat pul da alırlar. Həm pulumuzu alırlar, həm də övladlarımızın beynini korlayırlar. Bunun qarşısı dərhal alınmalıdır, qarşısı alınmasa , Azərbaycanın dünyəvi dövlətçiliyini təhlükə altına ata bilər. Heç kimin haqqı yoxdur ki, dünyəvi dövlətçiliyi bizim xalqın əlindən alsın. İstər nurçu olsun, istər vəhhabi və ya sələfi həmin təriqət ekstremizmlə məşğuldursa, başqalarının hüquqlarına təhlükə yaradırsa, cəmiyyət hamılıqla qınamalıdır və dərhal qanun sərtliyi tətbiq olunmalıdır. Nurçuların siyası iddiası var. Onların hədəfi hakimiyyəti götürməkdir Onlar yazırlar ki, yalnız qəlbində nur olan (söhbət nurçulardan gedir), beynində biliklə zəngin olan, qəlbi də nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət qurmalıdırlar. Bunu insanların beyninə yeridirlər. Əslində burda sırf siyasi hakimiyyət iddiası ortadadır"

BAXCP sədrinin muavini Nİyaməddin Orduxanlı 10 gündən artıqdır ki, ölkə gündəmindən düşməyən bu hadisənin səbəbini də izah etdi: "Hər gün ölkənin əsas mətbuat orqanlarında bir neçə məqalə çap edilir və ölkədə yüksək vəzifə tutan adı nurçuluqda hallanan şəxsləri təkzibləri yayılır. Deməli, kifaəyət qədər bu məlumatların əsası var. Ölkənin idarəçiliyində olan şəxslərin hər hansı bir dini çərəyan daşıması yolverilməzdir. Nuçulara bağlı universitetləri bitirən gənclər yüksək dövlət postlarında və hakimiyyət orqanlarında da təmsil olunurlar."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm