Nida.az
“Rusiya və Türkiyə Qafqazda razılaşmağa məcburdur” – türkiyəli ekspert
“Regionda problemlərin həlli üçün Rusiya və Türkiyə bir birini anlamağa məcburdur”.
Publika.az xəbər verir ki, bu barədə Venesiya Komissiyasının üzvü,
Marmara Universitetinin hüquq fakültəsinin professoru Osman Can
deyib.
Onun sözlərinə görə, əslində Rusiya və Türkiyə tipik Avropa ölkəsi
deyil: “Onlar regional maraqlarda öz mövqelərinə uyğun addım
atırlar, xüsusilə Qafqaz bölgəsində. Biz Avropa ölkələrinin Türkiyə
və Rusiyada nə baş verdiyini tam anlamadıqlarını görürük. Avropa
ilə problemlərdə hər iki ölkənin analoji oxşarlıqları var. Hesab
edirəm ki, Türkiyə və Rusiyanın münasibətlərini təkmilləşdirməyə,
bütövlükdə Qafqaz regionunda razılığa gəlməyə ehtiyacı var. Son
vaxtlar AKP-nin səyləri nəticəsində ikitərəfli münasibətlər yaxşı
məcrada davam edir. Türkiyə anti-Rusiya kampaniyasına qoşulmadı.
Hətta bir çox beynəlxalq konvensiyanın və razılaşmaların
iştirakçısı olsa da, Türkiyə buna getmədi. Hesab edirəm ki,
inkişafa gedən yol əməkdaşlıqdan keçir”.
Asif Nərimanlı
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama