Bu gün axşam Bakının mərkəzində yollar bağlanacaq
Bizi izləyin

Nida.az

Bu gün axşam Bakının mərkəzində yollar bağlanacaq

Bu gün saat 19:00-da Neftçilər prospektində birinci Avropa Oyunları ilə əlaqədar Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri, idmançılar, on mindən artıq könüllülərdən ibarət, ümumilikdə 15 minə yaxın nəfərin iştirak edəcəyi "Parad Bakı-2015" tədbiri keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib.

Tədbirin keçirilməsində hərəkət edən iştirakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, paradın Dövlət Bayraq Meydanından Azadlıq meydanı istiqamətində keçirilməsi və Dənizkənarı Milli Parkda konsert proqramının təşkil edilməsi ilə əlaqədar Bakı-Salyan şosesinin 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən, 20-ci sahə dairəsindən, eyni zamanda Yusif Səfərov və 28 may, Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişmələrindən avtomobillərin istqaməti dəyişdirilir.

Paytaxtda qeyd edilən ərazilər üzrə avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yollar üzrə təşkil edilir, yəni 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar, 20-ci sahədən Dağüstü yolla Badamdar, Bayıl qəsəbəsindən Mehdi Hüseyn, Teymur Elçin, Parlament, 28 may küçələri, Yusif Səfərovdan Rəşid Behbudov, Fizuli küçələri istiqamətində hərəkət edilməsi təşkil olunacaq.

Təşkil olunacaq tədbirdə və konsert proqramında iştirak etmək istəyən sürücülərdən və şəhər sakinlərindən hərəkətin rahat və fasiləsiz təmin olunması, hərəkətdə sıxlıq yaranmaması məqsədləri ilə ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm