Nida.az
Moskva: “Azərbaycan heç kimin hökmü altına düşməyəcək”
“Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasətini həyata keçirir və bu ölkə heç vaxt kiminsə hökmü altına düşməyəcək”.
Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət
Universitetinin qafqazşünaslıq mərkəzinin rəhbəri, siyasi ekspert
İsmayıl Ağakişiyev deyib.
Ekspert I Avropa Oyunları zamanı bəzi Avropa Birliyi ölkələrinin
Azərbaycana qarşı apardığı informasiya müharibəsinə toxunub: “Qərb
ölkələrinin özlərinə artıq ideal olaraq baxmaq lazım deyil. Biz
sovet vaxtı başqa ölkələrin Avropa ilə əlaqələrinə çox ideal olaraq
baxırdıq. Hesab edirdik ki, hər şeyi öz ölkəmizin daxilində tapa
bilmirik. Lakin Sovet İttifaqı dağıldı və Azərbaycan 1994-cü ildə
Avropa ilə bərabərhüquqlu şəkildə neft müqavilələri imzaladı. Lakin
Avropa şirkətləri yalnız öz gəlirlərini düşünürlər. Allaha şükür
ki, o zaman Azərbaycanın rəhbəri Heydər Əliyev idi və o, ölkənin
maraqlarını qorumağı bacardı, iqtisadi dirçəliş yaşandı, “Əsrin
Müqaviləsi” birbaşa dövlətin möhkəmlənməsi və uğurlu gələcəyinə
xidmət etdi. Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olaraq,
bütün Avropa ölkələri ilə bərabərhüquqlu münasibətlərə hazır
olduğunu göstərdi. Azərbaycan ilk növbədə Dağlıq Qarabağ
münaqişəsinin həllini düşünürdü. Lakin əfsuslar olsun ki, Qərb
regionun problemlərindən ölkələrə qarşı təzyiq kimi istifadə etməyə
başladı”.
Ekspert vurğulayıb ki, I Avropa Oyunları zamanı Avropanın
ziddiyyətli siyasəti üzə çıxdı: “Bu oyunların Bakıda keçirilməsini
Avropa özü istəmişdi. Lakin oyunlar zamanı müxtəlif dairələr
Azərbaycanı qaralamağa başladılar. Eyni üsul Soçi Olimpiya Oyunları
zamanı Rusiyaya qarşı da tətbiq olunurdu. Lakin ölkə idmanın ən
yüksək səviyyəsini nümayiş etdirdi. Avropa Oyunları zamanı mən
Bakıda idim və yüksək təşkilatçılığı əyani şəkildə gördüm. Amma
Avropa bundan siyasi təzyiq kimi istifadə etməyə çalışdı və nəticə
olaraq, heç nəyə nail ola bilmədi”.
Almaniya Bundestaqının Azərbaycana qarşı qətnaməsinə Prezident
İlham Əliyevin sərt münasibətinə toxunan İ. Ağakişiyev Azərbaycanın
haqlı olduğunu bildirib.
“Prezident İlham Əliyev həmişə müstəqil siyasətçi olub. Onun üçün
əsas məsələ öz xalqının maraqlarına xidmət etməkdir. O, xalqın
prezidentidir. Əlbəttə, ortada biznes maraqları var və Azərbaycan
öz enerji resurslarını həmişə satacaq. Lakin biznes maraqları
ədalətsizliyə göz yummağa əsas yaratmır. Azərbaycan Prezidenti də
bunu edir. O, haqsız iddiaları qəbul etmir və öz xalqının
maraqlarını sona qədər müdafiə edir”, - deyə o, diqqətə
çatdırıb.
Asif Nərimanlı
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia