Rusiyaya ağır zərbə: Brüssel Transxəzər boru kəmərinə start verdi
Bizi izləyin

Nida.az

Rusiyaya ağır zərbə: Brüssel Transxəzər boru kəmərinə start verdi

Brüsseldə Transxəzər boru kəmərinin inşası üzrə yaradılmış işçi qrupunun birinci iclası keçirilib.


Publika.az xəbər verir ki, bu haqda Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib.


İclasda Avropa Birliyi, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin nümayəndələri Xəzər layihəsinin reallaşması məsələlərini müzakirə edirlər.


Şevçoviç bildirib ki, işçi qrupu türkmən qazını Cənub Qaz Dəhlizinə qoşacaq Transxəzər boru kəmərinin tikintisinə böyük önəm verir. Onun sözlərinə görə, ilk müşavirənin hədəfi texniki, hüquqi və maliyyə məsələlərini müzakirə edərək qərar verməkdir. İşçi qrupunun növbəti iclası payızda nəzərdə tutulur.


“Türkmənistan uzunmüddətli perspektivdə öz məhsulunun ixracını diversifikasiya etməyə çalışır. Aşqabad artıq 30-40 milyard kubmetrə qədər qazı Avropaya çatdıra biləcəyini deyir. Bu da Avropanın ümumi istehlakının 10 faizini həll edəcək. Sadəcə olaraq, türkmən qazının nəql olunması, xüsusilə Xəzər dənizi vasitəsilə çıxarılması məsələsi açıq olaraq qalır”, - deyə avrokomissar deyib.


Qeyd edək ki, Türkmənistan Xəzər dənizi vasitəsilə Avropa bazarlarına çıxmaqda maraqlıdır. Çünki böyük qaz ehtiyatlarına malik olan bu ölkə indiyə qədər Avropa bazarına çıxa bilməyib. O, öz qazını əsasən iki istiqamətə - Rusiya və Çinə satır. Bir çox hallarda, xüsusilə son geosiyasi proseslərdən sonra istehlakçı ölkələr Aşqabaddan aldıqları qazın qiymətini özləri müəyyənləşdirir. Bu da istehsalçı olaraq Türkmənistana sərf etmir. Lakin Xəzərin dibi ilə çəkiləcək boru kəmərinə Rusiya və İran razı deyil. Çünki bu baş tutarsa, Azərbaycan qazı ilə türkmən qazı Avropanın əsas ehtiyacını ödəyəcək və Brüsselin Rusiyadan asılılığını tamamilə aradan qaldıracaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm