Mirmahmud Mirəlioğlu seçkiyə səkkiz partiya ilə gedəcək
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu seçkiyə səkkiz partiya ilə gedəcək

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayı avqustun 1-də keçiriləcək.

Bu barədə Publika.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.

Onun sözlərinə görə, hazırlıq işləri qurultaya qədər yekunlaşdırılacaq: “Daha sonra seçkiyə hazırlıq prosesinə başlayacağıq. Seçkidə iştirakla bağlı qərarımızı açıqlayandan sonra, dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi başlanacaq. Qanunun icazə verdiyi şəraitdə təbliğat-təşviqat kampaniyası aparacağıq. Demokratik seçki şəraitinin yaradılması, Seçki Məcəlləsinə dəyişikliklə bağlı məsələlər, Azərbaycanda seçkilərə münasibəti dəyişdirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

M. Mirəlioğlu seçkilərə “Azadlıq-2015” seçki bloku ilə gedəcəklərini açıqlayıb.

“Bu seçki blokunda 8 partiya var. Onlarla birlikdə gedəcəyik, əgər digər dostlar qatılacaqsa, müttəfiqlərimizin sayı artacaqsa, bu da tərəfimizdən böyük rəğbətlə qarşılanacaq. Seçkidə birgə iştirakın tərəfdarıyıq”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm