Şuşada biznes qurmaq istəyən milyarderə Rusiyada cinayət işi açıldı
Bizi izləyin

Nida.az

Şuşada biznes qurmaq istəyən milyarderə Rusiyada cinayət işi açıldı

Qanunsuz olaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Şuşa şəhərinə köçən rusiyalı milyarder German Sterliqova qarşı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, milyarderin vəkili bununla bağlı artıq məhkəməyə müraciət edildiyini bildirib. O, müvəkkilinə qarşı ittihamları böhtan adlandırıb.

Qeyd edib ki, German bir neçə günlüyünə Moskvaya gəlib və işlərini həll edəndən sonra yenidən Qarabağa qayıdacaq. Onun ailəsi Qarabağda qalıb. Lakin cinayət işi onun Rusiyadan çıxışına maneə yaradıb.

Məlumatlara görə, Sterliqov Rusiyada məşhur şəxsləri qətlə yetirən millətçiləri maliyyələşdirməkdə ittiham olunur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm