İlin sonunadək prezidentlərin görüşü ola bilər
Bizi izləyin

Nida.az

İlin sonunadək prezidentlərin görüşü ola bilər

"ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü təşkil etmək fikrindədirlər”

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uarlik İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hələ ki prinsiplər və həllin detalları müzakirə edilir, amma tərəflər hələ ki, konkret müzakirə mərhələsinə daxil olmayıblar.

Həmsədrlər iyulun 20-də Yerevanda ölkə rəhbərliyi ilə görüşlər keçiriblər.

İyulun 21-də isə Bakıya gələcəklər.

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm