Türkiyəni qana boyayan kamikadze haqda şok məlumatlar
Bizi izləyin

Nida.az

Türkiyəni qana boyayan kamikadze haqda şok məlumatlar

Suruçda Amara Mədəniyyət Mərkəzində terror aktı törədənin kimliyi bəlli olub.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis terrorun Adıyamanlı Şeyx Abdurrahman Alagözün törətdiyini düşünür.

Polis bombanın partlamasından sonra parçalanmış kişi cəsədi tapıb və həmin şəxsin kamikadze olduğu ehtimal olunur. Bu şəxs də 20 yaşlı A. Alagözdür. Cəsədin kimliyini dəqiqləşdirmək üçün Adıyaman bölgəsində yaşayan ailəsindən də DNT testi götürülüb.

20 yaşlı A. Alagöz 2014-cü ilin yanvar ayında Adıyamanı tərk edərək Suriyaya keçib və İŞİD-ə qoşulub. Onun qardaşı Yunus Emre Alagöz də ondan 20 gün öncə İŞİD sıralarına qatılıb. Onların ataları Zeynal Alagöz övladlarının tapılması üçün polisə də müraciət edibmiş.


Z. Alagöz “Habertürk”ə açıqlamasında bildirib ki, böyük oğlu Yunus evi tərk edəndən 20 gün sonra Abdurrahman da yoxa çıxıb.


“Həyat yoldaşımla boşanmışıq. Böyük oğlumdan xəbər ala bilmirəm. Abdurrahman isə iki ay öncə anasını ziyarət edib. Gedəndən sonra ondan da heç bir xəbər ala bilməmişik. Bu terroru Abdurrahman törətdisə, mənim belə bir oğlum yoxdur. Bunu edibsə, Allah onun cəzasını versin”, - deyə ata Alagöz vurğulayıb.

Türk mediası Abdurrahman Alagözün HDP-nin Diyarbəkirdəki mitinqində terror aktı törədən Orxan Göndərlə tanış olduğunu ortaya çıxarıb. Məlumatlara görə, hər iki şəxs Adıyamanlıdır. Hər ikisi bölgədə İŞİD-ə yaxın olduğu deyilən “Dokumaçılıq” qrupunda təmsil olunub. Hər ikisi Adıyamandakı “İslam Çay evi”ndə işləyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm