Nida.az
Tuskun Cənubi Qafqaza müəmmalı səfəri: proqram son anda niyə dəyişdi?
“Avropa Şurasının sədri Donald Tuskun Cənubi Qafqaza səfəri maraqlı detalla başladı. Əvvəlcə yalnız İrəvan və Tiflisə gələcəyi deyilən Tusk sonradan proqrama dəyişiklik etdi və Bakıya da səfər etdi. Bu, maraqlı məqamdır”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin Avropa Birliyi haqda
tənqidi fikirləri Tuskun səfər proqramının dəyişməsinə səbəb olub:
“Tusk Gürcüstanı “Şərq tərəfdaşlığı” proqramının lideri adlandırdı,
lakin bu, ölkənin pozulan ərazi bütövlüyü məsələsinə toxunmadı. O,
İrəvanda Serj Sərkisyanın Dağlıq Qarabağla bağlı gülünc iddialarını
dinləməyə də məcbur oldu və münaqişənin həllində Minsk qrupunun
səylərini dəstəklədiyini açıqladı. Lakin Avropa Birliyinin
münaqişəyə köməyindən söz etmədi. Tusk ən məzmunlu danışıqları
Bakıda keçirdi. Bildirdi ki, Azərbaycan Avropa Birliyinin
əhəmiyyətli partnyorudur”.
Politoloq qeyd edib ki, Tuskun regiona səfəri Ukrayna münaqişəsi
fonunda Cənubi Qafqazın özünü unudulmuş hiss etməməsi məqsədi
daşıyır.
“Lakin Brüssel anlamır ki, region dövlətləri Avropa Birliyinin
köməyi üçün uzun müddət gözləməyəcək. Çünki geosiyasət boşluqlara
dözmür və əgər Avropa Birliyi uzaqlaşırsa, onun yerini başqa
aktorlar tutacaq”, - deyə R. Musabəyov vurğulayıb.
Asif Nərimanlı
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü