Dövlət Departamenti: "Azərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır"
Bizi izləyin

Nida.az

Dövlət Departamenti: "Azərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır"

Azərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin müavini Riçard Hoqland deyib.

Onun sözlərinə görə, ticarəti inkişaf etdirmək çox vacibdir: "Bu layihənin böyük perspektivləri var. Bu məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə etdim".

R.Hoqland qeyd edib ki, Azərbaycan daşınma məsələlərində vacib rol oynayır: "İpək yolu" layihəsinin müzakirəsi gedir, hələ konkret qərar qəbul edilməyib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm