İŞİD 700 kamikadzeni hərəkətə keçirdi: hədəfdə azərbaycanlılar da var
Bizi izləyin

Nida.az

İŞİD 700 kamikadzeni hərəkətə keçirdi: hədəfdə azərbaycanlılar da var

Suriyanın Kobani, Heseke və Hələb, İraqınsa Kərkük və Tikrit bölgələrində ağır məğlubiyyətlərlə üzləşən İŞİD öz üzvlərini ruhlandırmaq üçün bir çox ölkələrdə terror aktı törətməyə hazırlaşır.


Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti terror təşkilatının 700-ə qədər canlı bomba hazırladığını yazıb.


Hədəfdə Azərbaycan əsilli türkmanların vətəni olan Kərkük və Tikrit şəhərləri, həmçinin, İŞİD-in məğlub olduğu yerlər var.


Həmçinin, İŞİD kamikadzelərinin bir qismi ABŞ, Kanada, Avropa Birliyi ölkələri, eləcə də Rusiya və Türkiyə kimi ölkələrə göndərilib. Digər qismi də göndərməyə hazırlanır. Artıq may və iyul aylarında 120 kamikadze hərəkətə keçib. İlin sonuna qədər digər kamikadzelərin də göndəriləcəyi deyilir.


İddialara görə, kamikadzelər getdikləri ölkələrə yerləşərək məqamı gözləyəcəklər. İŞİD-ə qarşı hücumlar olacağı təqdirdə canlı bombalar işə düşəcək. Bütün bu işləri isə Mosulda 3-ü çeçen olan 9 nəfərlik qrupun idarə edəcəyi haqda məlumatlar var.


Bu arada Kərkükün polis rəisi Serhat Kadir “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib və 21 nəfər həbs olunub.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm