Novruz Məmmədov: Suriya böhranı istər-istəməz...
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: Suriya böhranı istər-istəməz...

"Suriya böhranı istər-istəməz Türkiyəyə təsir göstərir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin İŞİD qruplaşması ilə mübarizəyə qoşulmasına münasibət bildirərkən deyib.

N.Məmmədov bildirib ki, Suriyadakı proseslər Türkiyənin düz yaxınlığında baş verir: "Bununla bağlı orada başqa proseslər də var ki, onlar da əlaqəli olduğu üçün proseslərə təsir edir. Ona görə də düşünürəm ki, Türkiyə hökumətinin başda prezident olmaqla, qərar qəbul edərək bu addımı atması tamamilə normal bir haldır. Çünki bu hadisələrin Türkiyənin təhlükəsizliyinə, sabitliyinə və Türkiyənin özündə gedən proseslərə mənfi təsiri var. Bu addımı bir qədər tez də ata bilərdi. Amma indi də vaxtıdır. Baxın, iş hətta o yerə çatıb ki, onlar bir türk zabitini də sərhədə yaxın yerdə öldürüblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm