Politoloq: “Tuskun səfəri Avropanın Azərbaycanın önəmini anladığını göstərdi”
Bizi izləyin

Nida.az

Politoloq: “Tuskun səfəri Avropanın Azərbaycanın önəmini anladığını göstərdi”

“Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun Bakı səfəri Qərbdə Azərbaycanın əhəmiyyətinin etiraf edilməsini göstərdi”.

Bunu Publika.az-a açıqlamasında Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Tuskun səfəri və verdiyi açıqlamalar Avropa strukturlarının müəyyən dairələrin sifarişi ilə anti-Azərbaycan qərarları və aparılan qarayaxma kampaniyasına rəsmi Bakını sərt mövqeyinin Avropa Birliyində qəbul olunduğunu göstərir: “Avropa anlayır ki, Azərbaycana təzyiq etmək, yaxud ağıl öyrətməyə cəhdlər etməklə heç nəyə nail ola bilməz. Çünki Azərbaycan müstəqil dövlətdir və yalnız öz milli maraqlarını düşünür. Belə bir dövlətlə yalnız ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibət qurmaq mümkündür. Əks təqdirdə itirən özləri olacaq. Hesab edirəm ki, Avropa məhz bunu anladı”.

Politoloq qeyd edib ki, Tuskun Bakıda verdiyi açıqlamalar Azərbaycanın strateji baxımdan nə qədər önəmli olduğunu da ortaya qoyur.

“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və etibarlı tərəfdaş olduğunu sübut edib. Bizim yerləşdiyimiz coğrafiyada ölkəmizin strateji önəmi də xüsusi vurğulanmalıdır. Bu baxımdan, Avropa Azərbaycanın önəmini anlayır. Buna görə də Bakının haqlı mövqeyi ilə hesablaşır”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm