Oqtay Əsədov Gürcüstana gedəcək
Bizi izləyin

Nida.az

Oqtay Əsədov Gürcüstana gedəcək

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

Festival günlərində O.Əsədovun Atletlər Kəndinə gedəcəyi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm