Sarkisyan devriləcək, amma bunu ABŞ etməyəcək – ABŞ nəşrindən PROQNOZ
Bizi izləyin

Nida.az

Sarkisyan devriləcək, amma bunu ABŞ etməyəcək – ABŞ nəşrindən PROQNOZ

“Ermənistandakı etiraz aksiyaları növbəti seçkinin nəticələrini indidən bəlli edir”.

Publika.az xəbər verir ki, “The Washington Post” nəşri Ermənistanda hakimiyyət dəyişikliyindən yazıb.

“Elektrik enerjisinin bahalaşmasından sonra Ermənistanda kütləvi aksiyalar başladı. Bəzi rus politoloqlar iddia edirlər ki, ABŞ Rusiyanın hakim olduğu ölkədə çevriliş etməyi planlaşdırır”, - deyə nəşr yazır.

Məqalədə bildirilir ki, Ermənistandakı mövcud hakimiyyəti ABŞ yox, yerli əhali devirmək istəyir: “Artıq əvvəlki vəziyyət deyil. İnsanlarda birlik yaranıb və problemlərə qarşı etiraz etmək qabiliyyəti formalaşır. Misal üçün, 2013-cü ildə Ermənistanda ciddi etiraz aksiyaları baş verdi. O vaxt polis etirazın qarşısını aldı. Bu dəfə isə daha geniş çaplı etirazlar davam edir. Lakin maraqlıdır ki, bu etirazın lideri yoxdur. Serj Sarkisyan vəziyyəti nəzarətdə saxlamaq üçün etirazçıların nümayəndələrini qərargahına dəvət etdi. O zaman məlum oldu ki, kütlənin lideri yoxdur. Bu isə etirazın siyasi mahiyyətindən çox, sosial tərəfinin olduğunu göstərir. İnsanlar elektrik enerjisinin qiymətinin aşağı salınmasını istəyir və digər sosial problemlərin həlini tələb edir. Bu aksiyalar Ermənistanda yeni siyasi nəslin həddi-buluğa çatdığını göstərir. Bu amil növbəti seçkilərin nəticələrini indidən proqnozlaşdırmağa əsas yaradır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm