XİN-dən ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqlamasına CAVAB
Bizi izləyin

Nida.az

XİN-dən ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqlamasına CAVAB

“ABŞ Dövlət Departamenti regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsləri kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı tənqidi xarakterli açıqlamasını şərh edərkən bildirib.

H.Hacıyev bildirib ki, demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam surətdə təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur.

O vurğulayıb ki, məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyildir: “Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır”.

H.Hacıyev vurğulayıb ki, ABŞ-ın insan hüquqları üzrə universal bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə məhəl qoymayaraq bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi-ayrıseçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm