Nida.az
Avropa Birliyi erməni-türk əməkdaşlığına pul ayırır? – MİT-in şok planı

“Mediada yayılmış məlumatlara görə, Avropa Birliyi
sərhədlərin açılması üçün türk və erməni QHT-lərinə 2014-2015-ci
illər üçün 2 milyonluq qrant layihəsi ayırıb. Bunu vaxtilə
Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün təşəbbüs edilən
Sürix protokollarının davamı adlandırmaq mümkündür. Lakin Qərbin
zəhmli maliyyə və siyasi dəstəyinə baxmayaraq, erməni-türk
sərhədinin açılışı ideyası Türkiyə ictimai şüurunda özünə yer
tutmur”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Avropa Birliyinin bu layihəsi gerçəkdə heç
nəyə qadir deyil.
“Güman ki, həm erməni, həm də türk QHT-ləri bu layihədə iştirakla
pul qazandılar. Avropa Birliyinin məmurları isə işlər haqda hesabat
verdilər. Güman ki, MİT də milli təhlükəsizlik baxımından
perspektiv addımlar üçün bu layihədə iştirak edən erməni QHT-ləri
ilə əməkdaşlıqdan istifadə edib. Lakin Azərbaycanın bədxahlarının
və yerli pessimistlərin fərziyyələrinin əksinə, Ankara Qərb təzyiqi
qarşısında titrəmədi və sərhədlərin açılışına getmədi. Ermənilərin
himayəçiləri də artıq görürlər ki, Azərbaycanın işğal olunmuş
əraziləri işğal olunmadan sərhədlər açılmayacaq və əməkdaşlıq
mümkün olmayacaq. Bu, hətta pərdəarxası sazişlərlə də mümkün
deyil”.
Asif Nərimanlı

-
Dünya17:48
Ərdoğanla Zelenskinin görüşü yekunlaşdı - YENİLƏNDİ
-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN