Azərbaycan qazına yeni payçı gəlir: Norveçi İtaliya əvəz edəcək
Bizi izləyin

Nida.az

Azərbaycan qazına yeni payçı gəlir: Norveçi İtaliya əvəz edəcək

“Cənub axını” layihəsinin uğursuzluğunda sonra Trans-Adriatik Qaz Boru Kəməri (TAP) bütün beynəlxalq energetika nəhənglərinin əsas maraq dairəsindədir.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadi nəşri “Wirtschaftsblatt”da dərc olunan məqalədə deyilir.

İtaliyanın qaz konserni “Snam” da Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə Xəzər qazını Avropaya çıxaracaq TAP layihəsində iştirakını konkretləşdirir. İtalyanlar layihəyə 400 milyon investisiya qoymağa və 20 faiz paya sahib olmağa hazırlaşırlar. Layihədəki bəzi şirkətlər, misal üçün, "Statoil", yaxud bp öz 20 faizlik paylarını satmağı düşünürlər.

“Snam” konserni bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyinə bel bağlayır.

“Mən yeni səhmdarların layihəyə daxil olmağında heç bir problem görmürəm”, - deyə nəşr Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı səsləndirdiyi fikirləri sitat gətirir.

Şirkətin icraçı direktoru Karlo Malakarne hesab edir ki, TAP layihəsi qaz təminatı üçün əsasdır: “Avropaya universal və arası kəsilmədən işləyən qaz şəbəkəsi lazımdır”.

Nəşr “Snam” şirkətinin beynəlxalq layihələrin maliyyələşdirilməsində uğurlu fəaliyyəti haqda da məlumat verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm