Nida.az
Terror hücumlarının yeni hədəfi açıqlandı: enerji kəmərləri
Dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə
enerji kəmərləri, neftayırma zavodları və elektrik terror
hücumlarının yeni hədəfidir.
Publika.az xəbər verir ki, bu barədə Xəzər
Strategiya İnstitutunun analizində deyilir.
Analizə görə, son günlərdə Bakı-Tiflis-Ərzurum qaz kəməri və
Kərkük-Yumurtalık neft kəmərini hədəf alan terror hücumları
terrorun bir başqa üzünü göstərmiş oldu: “1990-cı illərin
ortalarına qədər neft və təbii qaz infrastrukturuna edilən hücumlar
bütün hücumların 2,5 faizini təşkil etdiyi halda, bu göstərici
2013-cü ildə 20 faizdən yuxarı olub. Enerji infrastrukturuna
hücumların statistikasına nəzər yetirsək, 1980-ci ildən 2012-ci ilə
qədər 9500 terror aktının həyata keçirildiyini görərik. İraq,
Kolumbiya və Pakistan isə bu cür hücumların ən çox həyata
keçirildiyi ölkələrdir”.
İnstitut qeyd edir ki, bu ilin 29 iyulunda Kərkük-Yumurtalık Neft
Boru Xəttinə təşkil edilən terror hücumundan sonra təkcə Şimali
İraqa 250 milyon dollar ziyan vurdu: “İyulun 28-də İrandan qaz
idxalını həyata keçirən Türkiyə-İran təbii qaz boru xəttinə hücum
olandan sonra qaz tədarükü bir həftə ləngidi. Avqustun 4-də
Türkiyənin təbii qaz ehtiyacının 12,33 faizini təmin edən
Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinə edilən hücum sonra enerji
xətlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları
aktuallaşdırdı”.
Məqalədə bildirilir ki, enerji xətlərinə edilən hücumlar ölkələrə
qarşı təhdidləri də genişləndirir.
“Bu ilin yanvar ayında Pakistanda elektrik xətlərinə edilən hücum
nəticəsində 140 milyon insan işıqsız qaldı. Terror hücumların böyük
və ortaq layihələri hədəf seçməsi ölkələrin investisiya siyasətinə
təsir edir, bir çox vacib layihələrin gecikməsinə səbəb olur. Misal
üçün, 2013-cü ildə Əlcəzairin Amenas təbii qaz terminalına edilən
hücum zamanı 40 nəfər həlak oldu, bununla yanaşı, layihənin xarici
ortaqları işdən geri çəkildi. Hücumdan sonra terminal işini bir ay
sonra bərpa edə bildi. Bu müddət ərzində də Əlcəzair 150 milyon
dollar ziyana düşdü”, - deyə analizdə qeyd olunur.
İnstitut araşdırmalarından çıxış edərək bildirir ki, enerji
xətlərinin təhlükəsizliyi üçün pilotsuz təyyarələr vacibdir: “Lakin
burada insan faktorunu da unutmaq olmaz. Buna görə də hücum, yaxud
buna cəhd haqda məlumat verən insanlara mükafat verilməsi haqda
mexanizminin tətbiq edilməsi lazımdır”.
Asif Nərimanlı
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı