Nida.az
XİN: "AŞ-ni Rasim Əliyevin ölümünün siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq"

"Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir. Mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib".
Publika.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlamasına münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb. Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar".
O qeyd edib ki, vətəndaşların hüquq və mənafelərinin qorunması, qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən KİV-in azadlığının tam şəkildə təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifəsidir.
"Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur. AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq", deyə XİN sözçüsü vurğulayıb.

-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
-
Dünya11:37
Rusiya-ABŞ danışıqlarında mövzulardan biri məlum oldu: Çox güman ki, Putin...
-
İdman10:30
AFFA klublara ayrılan vəsaiti kəsir: Görün hara yönəldiləcək