Nida.az
General ordudan çıxarılmasından danışdı
Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təxris olunan Müdafiə
Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi, tibb xidməti
general-mayoru Dağlar Abdullayev ordudan çıxarılmağından danışıb.
General-mayor Publika.Az -a açıqlamasında təxris olunduğunu
təsdiqləyib. Lakin, o, Müdafiə Nazirliyinin icazəsi olmadan
danışmaq istəmədiyini deyib: “Bu barədə mən indi danışa bilmərəm.
Ən yaxşısı, nazirliklə məsləhətləşin, sonra mənə müraciət edin.
İndi danışmağım doğru olmaz”.
Qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə
Nazirliyində çalışmış 7 general - sabiq müdafiə naziri,
general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının
Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant
Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi,
general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi,
general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə
İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi
Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov
(keçmiş xüsusi idarə rəisi) və Müdafiə Nazirliyinin Hərbi Tibb
İdarəsinin sabiq rəisi, tibb xidməti general-mayoru Dağlar
Abdullayev Silahlı Qüvvələrin sıralarından azad olunub.
Asif
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO