Vitse-spiker vəzifəli nurçulardan danışdı: “Proseslər nəzarətdədir”
Bizi izləyin

Nida.az

Vitse-spiker vəzifəli nurçulardan danışdı: “Proseslər nəzarətdədir”

Vitse-spiker vəzifəli nurçulardan danışdı: “Proseslər nəzarətdədir”


Bununla bağlı onlarla fakt göstərmək olar. İnanıram ki, indi gündəmə gələn məsələ də bu şəkildə həll olunacaq
“Kimlərinsə vəzifə səlahiyyətindən bu kimi məqsədlər üçün istifadə etməsi fikrini bölüşsəm də, arxayınam ki, müvafiq qurumlarımız istənilən halda bütün prosesləri nəzarətdə saxlayır”.

Bunu AzNews.az açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bəzi vəzifəli şəxslərin, millət vəkillərinin radikal dini cərəyanlarla əməkdaşlıq etməsi ilə bağlı mediada gedən xəbərlərə münasibət bildirərkən deyib.

B. Muradova bildirib ki, Azərbaycanda etiqad azadlığı mövcuddur, ölkə qanunvericiliyi, o cümlədən də xalqın düşüncə tərzi tolerant əsaslar üzərində qurulub: “Hər kəsin inancı və etiqadı azadlığı var. Bu da qanunla qorunur. Yox, əgər hansısa bir şəxs din pərdəsi altında hüquqa zidd hərəkətlər edərsə və bununla da digərlərini çaşdıraraq, başqa istiqamətə yönəldərsə, ölkənin müvafiq hüquq-mühafizə orqanları buna reaksiya verirlər. Bununla bağlı onlarla fakt göstərmək olar. İnanıram ki, indi gündəmə gələn məsələ də bu şəkildə həll olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm