"İnqilab xalqa fəlakət gətirir" - BAXCP rəsmisi
Bizi izləyin

Nida.az

"İnqilab xalqa fəlakət gətirir" - BAXCP rəsmisi

"İnqilab xalqa fəlakət gətirir" - BAXCP rəsmisi



Ukraynada baş verən hadisələr Azərbaycan siyasi mühütündə də müzakirə edilir. Ukraynadakı hadisələrin qonşu ölkələrə , o cümlədən Azərbaycanla hər hansı bağlığı ola bilərmi?

Bu və ya digər məsələrə aydınlıq gətirən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a acıqlamasında bildirib ki, Ukraynada baş verən hadisələr bir daha onu göstərdi ki, istənilən qanlı inqılab xalqlara faciələr gətirir və heç bir halda Qərb və Avropa Birliyinə güvənmək olmaz : "Ukrayanada inqilabı edən ABS, Avropa İttifaqı və Böyük Britaniya Ukrayna xalqına xəyanət etdi.

Gürcüstanın başına gətirilən oyunlar yenidən təkrar edildi. Bu gün Ukrayna xalqı təkbaşına rus qoşunu ilə üz üzə dayanıb. Və qorxusundan hansı addım ataçağını da bilmir. Bu inqılabı edənlər Vladimir Putinin qarşısında acız vəziyyətə düşüblər. Kliçko və onunla birlikdə inqilabın başında duran şəxslərin atdığı addım isə, onu göstərdi ki, bu şəxslər də xalqı deyil, öz həyat şəraitini yaxşılaşdırmaq üçün inqılab ediblər. Onlar Obamadan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər. Qərbin dəstəyi ilə hakimiyyətə gəliblər Qərb də onların müqavimət göstərməsini istəmir.Çünki Bu halda müharibəyə qatılmaq zorunda qalacqlar.İnqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib ".

N. Orduxanlının fikrincə, rus qoşunlarının Ukranaya beynəlxalq qanunlara məhəl qoymadan qoşun yeritməsi təhlükəli presedent yaradır:" Bundan sonra hansı ölkə ABŞ və ya Avropa İttifaqına?! Bütün günü CNN və digər kanalarda təblığat aparırlar ki, Ukrayna elə Rusiyanın ərazisi imiş. Bu təblığatı təsadüf hesab etmirəm. Bu, artıq o deməkdir ki, Qərb Rusiyanın qarşısında acız vəziyyətdədir. Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır.Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və BB-dən tələb etməlidir ki,nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər."

Azərbaycanda radikal müxalifət nümayəndələrinin Ukraynada baş verən hadisələrə yanaşma tərzinin qüsurlu olduğunu bildirən BAXCP sədrinin müavini siyasi yönümündən aslı olmayaraq baş verən hadisəyə obyektiv qiymət verilməli olduğunu bildirib:" Ukraynada inqılab baş verən də bizim bu "yetim müxalifət" bütün günü sevinirdi ki, Ukranada inqilab baş verib. Bu adamlar yetim uşaqlar kimi qalıblar ortada . Ayda bir dəfə mövqeylərini dəyişirlər. Onlar bir məqamı yaddan çıxarmışdılar ki, baş verən inqilab Rusiyaya qarşı idi və Rusiyanın adamı olan Yanikoviçi ölkədən quvublar. Sizlər isə 2013-cü ildə Rusiyanın layihəsində Rüstəm İbrahimbəyov - Cəmil Həsənli namizədi ilə hakmiyyətə gəlmək istəyirdiniz. İndi Rusiyanın məşlub olmasına niyə sevinirdiniz? Əksinə, sizlər kədərlənməli idiniz. İndi isə, özlərini Qərbpərəst, Amerikapərəst adlandırırlar.Və özlərini bu qüvvələrə yaxın göstərirlər. Yenə də yanlış siyasət aparırlar. Görmürlər ki, Qərb və ya ABŞ Ukrayanada hansı mövqeyi tutub? Bir daha əminliklə deyirəm ki, ABŞ - ın və ya Avropa İttifaqının etdiyi inqilablar xalqlara facilərə gətirir."

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm