Nida.az
Ukraynada azərbaycanlı ovu: Daha iki iş adamı öldürüldü

Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub.
Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdlü Azərbaycan
vətəndaşı Rahil Mehdiyevdir. Bu barədə APA-ya onun atası
Əbdürrəhman Mehdiyev məlumat verib. O, ailəsi ilə birlikdə
Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda
Rusiyanın nəzarətində olan Krımın Yalta şəhərində qətlə
yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü
söyləyib.
Oğlunun Xersondan Krıma artıq bir neçə ildir ticarət məqsədilə
getdiyini deyən Ə. Mehdiyev hadisənin təfərrüatını danışıb:
“Yaltada onun ticarət obyekti vardı. Yaxınlıqda daha bir
azərbaycanlının da ticarət obyekti olub. Onların qonşuluğunda isə
ermənilərə məxsus obyektlər var imiş. Həmin gün iki erməni oğlumun
qonşuluğundakı azərbaycanlı gəncə sataşıblar. Oğlum dərhal buna
etiraz edib. Ermənilər gözlənilmədən oğluma hücum ediblər. Bu zaman
daha bir neçə erməni onlara köməyə gəlib və oğlumu təkləyiblər.
Onun boynunun arxasına çoxsaylı bıçaq zərbələri endiriblər və oğlum
yerindəcə keçinib. Yalta şəhər Polis İdarəsinin işi aparan
müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki ermənini
tərksilah edərək əllərindəki bıçağı alıb, onu vuranlar isə sonradan
köməyə gələnlər olub”.
Ə. Mehdiyevin sözlərinə görə, milis ermənilərdən ikisini dərhal
saxlasa da, sonradan azad edib: “Səbəbini mənə izah etmədilər, ona
görə də mən Krımın baş prokuroruna və daxili işlər nazirinə
müraciət etmişəm, qəbullarında olacağam".
Digər azərbaycanlı - əslən Azərbaycanın Beyləqan rayonundan olan iş
adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda
qətlə yetirilib.(Xatırladaq ki, eyni şəhərdə daha bir azərbaycanlı
- İlham Tağıyev də öldürülüb). V. Nuruşovun qardaşı İlqar Nuruşov
APA-ya açıqlamasında qardaşının şəhərdəki bazarın erməni sahibi,
keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü
bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən
qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın
qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də
etmişdilər. Bazarın inzibatçılarından birinin telefonu ilə
qardaşımı görüşə çağırıb, onu qorxutmaq istəyiblər. Sonradan milis
tərəfindən saxlanılan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt
qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb, onu
döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da boğazını
kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini
etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər
biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə
seçilir”.
İ. Nuruşov qeyd edib ki, istintaq məhz erməni generala və onun
respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin
açılmasını ləngidir: “Biz ölkə rəhbərliyinə, Baş Prokurorluğa
azərbaycanlılar adından müraciət hazırlayırıq”.
Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov
isə APA-ya bildirib ki, qətllərlə əlaqədar Azərbaycanın Ukraynadakı
səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi
etirazlarını bildiriblər: “Xüsusilə Xersondakı cinayətin ört-basdır
edilməsinə görə rəsmi qurumlara iradlarımızı çatdırmışıq, lazım
gəlsə, kütləvi etiraza da qalxacağıq”.

-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI
-
Magazin114 Fevral 22:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto