Nida.az
Avropa Birliyi Azərbaycanla viza rejimini sadələşdirdi
Avropa Parlamenti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə
dair keçən ilin noyabrında Vilnüsdə imzalanan razılaşmanı təsdiq
edib. Qərar martın 12-də keçirilən səsvermədə qəbul edilib.
Amma hələ sənədin qüvvəyə minməsi prosesi tam yekunlaşmayıb.
Bundan sonra Avropa Birliyinə daxil olan 28 ölkənin hər birində də
həmin razılaşma təsdiq edilməli, ondan sonra sənəd qüvvəyə
minməlidir. Bu proses də bir neçə həftə davam edə bilər.
Bundan başqa, fevralın 28-də Avropa Birliyi ilə Azərbaycan arasında
həm də readmissiya haqqında razılaşma imzalanıb.
Readmissiya bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni
daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsi
deməkdir.
Viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması bir-biri
ilə bağlı olan iki sənəddir.
Bu ilin ikinci yarısında hər iki sənədlə bağlı proseslərin başa
çatacağı və onların ilin axırına qüvvəyə minəcəyi gözlənir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...