ŞOK PROQNOZ: Daha 10 ölkənin pulu “öləcək” - SİYAHI
Bizi izləyin

Nida.az

ŞOK PROQNOZ: Daha 10 ölkənin pulu “öləcək” - SİYAHI

Region dövlətlərində milli valyutaların dollar və avroya qarşı zəifləməsi davam edir. Lari, lirə, tenqe dollar qarşısında sürətlə dəyər itirir. Belə bir zamanda “Bloomberg” daha 10 ölkənin devalvasiyaya yaxın olduğunu açıqlayıb.

Publika.az-ın məlumatına görə, agentliyin ekspertləri hesab edirlər ki, Qazaxıstanın milli valyutası tengenin devalvasiyasının (ötən gün - 26%) ardından keçmiş SSRİ ölkələri də daxil olmaqla, daha 10 dünya valyutasını analoji aqibət gözləyir.

Analitiklərin fikrincə, Rusiya rublunun ucuzlaşması RF ilə sıx ticarət əlaqələri olan postsovet ölkələrinə xüsusi təsir göstərir. Belə ki, mütəxəssislər Ermənistan dramının mümkün devalvasiyasını proqnozlaşdırırlar. Son bir ildə rubl 46% dəyərdən düşsə də, dram yalnız dəyərini 15% itirib.

Bundan başqa, Qazaxıstanın milli valyutasının devalvasiyası Tacikistan və Türkmənistan valyutalarına da mənfi təsir göstərə bilər. Türkmənistan manatının yaxın yarım ildə 20% dəyərdən düşməsi ehtimal olunur. Tacikistan somonisi isə 10-20% ucuzlaşa bilər. Ekspertlər Qırğızıstan somunun da devalvasiyaya uğrayacağını proqnozlaşdırırlar.

Səudiyyə Ərəbistanında rialın dəyərdən düşəcəyi də istisna edilmir. Analitiklər qeyd edirlər ki, bu ölkə hökumətinin valyutanın məzənnəsini sabit saxlamaq üçün kifayət qədər ehtiyatları var. Lakin spekulyativ əməliyyatlar həyata keçirən treyderlər neftin qiymətinin düşməsindən istifadə edə bilərlər. Bu səbəb həmçinin Nigeriya nayrının 20%-lik devalvasiyasına gətirib çıxara bilər.

Ümumilikdə, ekspertlər bir sıra ölkələrdə devalvasiyanı siyasi səbəblərlə əlaqələndirirlər. Belə ki, Misirdə davam edən sabitsizlik yaxın 12 ayda funtun məzənnəsinin 22% düşməsinə səbəb ola bilər. Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal edilən Türkiyədə də lirəni problemlər gözləyəcəyi proqnozlaşdırılır.

Çinlə sıx xarici ticarət əlaqələri olan Zambiyanın milli valyutası (kvaç) üçün də bədbin proqnozlar verilir. Valyuta ehtiyatları son 17 ildə ən minimal həddə düşən Malayziya rinqqitinə də mənfi təsir göstərəcək.

Müşahidəçilər Qana valyutası sedini də devalvasiya gözləyənlər sırasına daxil edib. Səbəb qismində isə neftin ucuzlaşması, kəsin inflyasiya, habelə xarici borcun artması amilləri qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm