Nida.az
Qarabağda müharibə təhlükəsi – Lavrovun səfəri öncəsi Rusiyadan xəbərdarlıq
“Azərbaycan və Ermənistan yeni müharibə həddinə çatıb”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
nüfuzlu “Nezavisimaya qazeta” nəşri Sergey Lavrovun bu gün Bakıya
səfərini şərh edərkən yazıb.
Nəşr Rusiya XİN rəhbərinin səfəri ərəfəsində Bakının Türkiyə ilə
məsləhətləşmələr apardığına diqqət çəkir: “Rəsmi məlumata görə,
Bakıda ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması, ATƏT Minsk qrupunda həmsədr kimi Rusiyanın rolu müzakirə
olunacaq. Lavrovun Bakı səfəri haqda informasiyalar ötən həftə
ortaya çıxdı. Yerli politoloqların əsas müzakirə mövzusu da
budur”.
Daha sonra nəşr Mili Məclisin üzvü, politoloq Rasim Musabəyovun
fikirlərinə yer verib.
“Görünür, Elmar Məmmədyarov Rusiyada olarkən onun vasitəsilə rəsmi
Bakıya hansısa təklif göndərilib. Güman ki, bu, Dağlıq Qarabağla
bağlıdır. Lakin bu təklif pozitiv qarşılanmayıb və Lavrov də
məsələnin yenidən müzakirəsini təşkil etmək üçün Bakıya gəlir”, -
deyə məqalədə R. Musabəyova istinad edilir.
“Nezavisimaya qazeta” qeyd edir ki, Lavrovun Bakıda müzakirə
edəcəyi əsas məsələnin Dağlıq Qarabağ münaqişəsi olacağına şübhə
yoxdur. Nəşr Ermənistan və Azərbaycan cəbhəsində ciddi təhlükələrin
yarandığını qeyd edib.
“Müharibə təhlükəsi hər zaman olduğu kimi yenə mövcuddur. Lavrovun
səfərində bu məsələ müzakirə olunacaq əsas mövzu olacaq”, - deyə
məqalədə bildirilir.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK