Nida.az
Rauf Arifoğlu açıqladı: “Namizədliyimi Bakıdan irəli sürəcəm”
“Yeni Müsavat” qəzetinin baş redaktoru noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürəcək.
Publika.az xəbər verir ki, bu barədə baş redaktor
“facebook” səhifəsində məlumat verib.
O, namizədliyini 34 saylı Xətai seçki dairəsində vermək fikrində
olduğunu bildirib: “Deputatlığa namizədliyimi 106 saylı
Tovuz-Ağıstafa-Qazax seçki dairəsindən verməyi düşündüyümü
demişdim. Lakin bunu yayan media quruluşu məlumatı bir qədər əskik
verib. Düşüncəmdə Tovuzdan daha çox 34 saylı Xətai seçki dairəsi
var. Doğulduğum torpaqlardan böyük səs üstünlüyü ilə keçmə
ehtimalım yüksəkdir. Ümumiyyətlə, əminəm ki, Azərbaycanın hər hansı
bir guşəsindən rahatlıqla deputat seçilə bilərəm. Lakin hər gün
işləyən redaktor kimi, Bakıdan namizədliyimi vermək, kampaniyamı
buradan aparmaq mənə daha rahatdır”.
“Vəziyyət uyğun olmasa, ümumiyyətlə namizədliyimi
verməyəcəm. Bu, məndən heç nəyi əskiltməz. Bu xəbəri alan kimi,
adımın üstünə qarğa-quzğun kimi tökülən bədxahlarıma yazıram.
Ölkədə namizədliyini dəqiqləşdirən siyasi liderlər, ictimai-siyasi
xadimlər var. Lakin bu mövzuda da tək bir nəfərin adı müzakirə
mövzusuna çevrilib”, - deyə baş redaktor əlavə edib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!