Nida.az
Ukrayna hərbçiləri Krımdan çıxarılır
Rusiyameylli hakimiyyətə and içməyən Ukrayna hərbçiləri Krımdan çıxarılır. Publikia.Az-ın verdiyi xəbrə görə, bunu “İnterfax”a Krımın baş nazirinin müavini Rustam Temirgaliev deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinin əksər hissəsi “Krımın
özünümüdafiə” qüvvələrinə qoşulmaqdadır.
Rustam Temirgaliev deyib ki, Krım hakimiyyətinə tabe olmaq
istəməyən hərbçilər yarmadanı tərk etməkdədirlər.
“Onlara silahsız sərbəst çıxış üçün şərait yaradılıb. Hərbçilərin
birinci dəstəsi artıq Krımla Ukrayna arasındakı administrativ
sərhəddə çatdırılıb”.
Baş nazirin müavini Krımda olan daha bir neçə Ukrayna hərbi
hissələrinin Krım xalqına and içməyə hazır olduğunu bəyan edib.
Ukrayna hərbçiləri isə "Euronews"-a müsahibəsində deyiblər ki,
onları and içməyə silah altında məcbur edirlər. Əsgərlərin dediyinə
görə, imtina etdikdə əsgərlərin ayaqları altına atəş açılır,
silahlı adamlar kazarmalara hücum edir.
Kiyev Krımdakı hərbçilərin və onların ailə üzvlərinin həyatına ola
biləcək təhlükədən narahatdır.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB