Nida.az
Müdafiə Nazirliyi: Düşmən 18 hərbçisini itirib
"Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar".
Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, Ermənistanın maraqlarına xidmət edən bu kimi xəbərlər təmas xəttində qarşıdurma zamanı erməni hərbi bölmələrinin ciddi itkilər verdiyi zamanda ortaya atılmaqla, Azərbaycanın hərbi uğurlarına kölgə salmaq məqsədi daşıyır: "Məlumatımıza görə, yalnız avqust ayı ərzində düşmən 18 hərbi qulluqçusunu itirib və 50-yə yaxın yaralısı var. Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır. Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır. Eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir”.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...