Nida.az
Metyu Brayza: “Qarabağ və yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir”
“Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir. Burada tanınmamış işğalçı rejimin keçirdiyi hər hansı “seçki” qeyri-legitimdir və dünya tərəfindən tanınmır”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət
katibinin keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Metyu Brayza “Vestikavkaza” saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyada heç bir ölkə, hətta Ermənistanın özü
belə “DQR”-i tanımır: “Bundan başqa, beynəlxalq hüquq Dağlıq
Qarabağ və yeddi rayonun Azərbaycanın ayrılmaz hissəsi olduğunu
tanıyır. Beləliklə, sentyabrın 13-də keçiriləcək “seçkilər” qanuni
deyil və heç bir hüquqi əsası yoxdur. Əgər “Madrid prinsipləri”nə
uyğun şəkildə münaqişə nizama salınsa, o zaman Qarabağın erməni
əhalisi də qanuni şəkildə seçmək və seçilmək hüququna sahib olacaq.
Bununla həm də Dağlıq Qarabağın hüquqi statusu də müəyyən ediləcək.
Bu baş versəydi, bütün tərəflər üçün yaxşı olardı, xüsusilə Dağlıq
Qarabağ əhalisi üçün”.
Asif Nərimanlı
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO