Diaspor rəhbəri Ukraynadakı azərbaycanlıların vəziyyətindən DANIŞDI
Bizi izləyin

Nida.az

Diaspor rəhbəri Ukraynadakı azərbaycanlıların vəziyyətindən DANIŞDI

Diaspor rəhbəri Ukraynadakı azərbaycanlıların vəziyyətindən DANIŞDI

“Hazırda Ukraynada azərbaycanlılara qarşı münasibət çox yaxşıdır”. Bunu Publika.Az-a açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Luqansk vilayəti üzrə sədri Rasim Uğurluyev bildirib.

Onun sözlərinə görə, indiyədək Ukraynada azərbaycanlılara qarşı hər hansı insident və ya problem yaşanmayıb: “Burada azərbaycanlıların vəziyyəti çox normaldır”.

Krımda yaşayan azərbaycanlıların taleyi ilə bağlı məsələyə də toxunan R.Uğurluyev deyib: “Hələ ki, Kırımda yaşayan soydaşlarımızla bağlı bizə hər hansı məlumat daxil olmayıb”.

Xatırladaq ki, Krım Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov "Azadlıq Radiosu"na müsahibəsində Bakıdan dəstək gözlədiklərini söyləyib: “İndi Ukrayna elə durumdadır ki, ən kiçik dəstəyə də ehtiyacı var. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi çox müsbət qiymətləndirilir. Bizi narahat edən odur ki, hələ indiyədək Azərbaycan rəsmiləri Krımda yaşayan azərbaycanlıların taleyi ilə bağlı heç bir bəyanat verməyiblər. Bu, Krımdakı azərbaycanlılar arasında böyük narazılıq doğurur. İndi burada yaşayan azərbaycanlıların çətin günüdür, bu ərəfədə bizə biganə münasibət var. Azərbaycandan hansısa addım atmasını deyil, sadəcə, Krımda yaşayan azərbaycanlıların taleyindən narahatlığı dilə gətirmələrini umuruq. Bununla hamı bilər ki, gərginlik sürən bölgədə azərbaycanlılar da var və Azərbaycan dövləti onların taleyinə biganə deyil. Bu, bizə böyük mənəvi dəstək olardı. Axı burada riskə gedərək Azərbaycanın maraqları uğrunda xeyli işlər görürük. Bunun qarşılığında Azərbaycandan normal münasibət gözləyirik. Dünyada yeganə icmayıq ki, bizlərin – Krımda yaşayan azərbaycanlıların basqısıyla Xarkov vilayətinin erməni soyqırımı ilə bağlı qərarını ləğv etdirmişik. Bu baxımdan Azərbaycandan gözləntilərimizdə haqlıyıq. Amma təəssüflər olsun ki, bu günədək bizə elə bir münasibət göstərilməyib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm