Nida.az
Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri ilə görüşdü - FOTO
Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb.
Publika.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Parisdə təşkil olunan mədəniyyət tədbirlərinin Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılandığı diqqətə çatdırılıb, bu layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonunun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO