Dağlıq Qarabağ münaqişəsində yeni vasitəçi ortaya çıxa bilər
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ münaqişəsində yeni vasitəçi ortaya çıxa bilər

“İtaliya Cənubi Qafqazdakı enerji maraqlarını nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi kömək göstərə bilər”.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Notizie Geopolitiche” nəşrində dərc edilən məqalədə deyilir.

“Düşünmək olar ki, Romanın enerji maraqlarını nəzərə alan İtaliya hökuməti regionda vasitəçilik rolunu oynaya bilər. İtaliya enerji baxımından Azərbaycanla bağlıdır. Azərbaycanın “Şahdəniz” qaz yataqlarından başlanacaq Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) son nöqtəsi İtaliyadır. İtaliya Avropa üçün energetika düyünü olacaq. Digər tərəfdən, İtaliya Ermənistanla dost münasibətləri dəstəkləyir”, - nəşr yazıb.

Qeyd edək ki, uzunluğu 520 kilometr olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm