Novruz Məmmədov Böyük Britaniya baş nazirinin çıxışına münasibət bildirib
Bizi izləyin

Nida.az

Novruz Məmmədov Böyük Britaniya baş nazirinin çıxışına münasibət bildirib

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın baş nazirinin Kataloniyanın İspaniyanın tərkibindən çıxacağı halda Avropa İttifaqından uzaqlaşdırılacağına dair açıqlamasına münasibət bildirib.


Publika.az xəbər verir ki, N.Məmmədov bu barədə rəsmi “Twitter” səhifəsində yazıb: “Prinsipial mövqe nümayiş etdirən baş nazir Kameron kimi olar. Müstəqillik iddiasında olan Kataloniya əməlli-başlı hədə-qorxu olub. Amma cənab Kameron görünür, Boko Saakyanın London səfərini, görüşlərini və çıxışlarını normal hesab edir. Yəqin Kataloniya çıxsa, əvəzinə Avropa İttifaqına qondarma “Dağlıq Qarabağ Respublikasını” qəbul etmək niyyətləri var”.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kameron Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə avtomatik olaraq Avropa İttifaqından kənarda qalacağı və Aİ-yə üzv olmaq istəyən ölkələr sırasında növbə gözləyəcəyi ilə bağlı açıqlama verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm